Bundesliqa klubu yeni baş məşqçisini seçdi
- 22 Mar 2024 18:20
- 180
Keçmiş futbolçu Julian Şuster cari mövsümün sonunda “Frayburq”un baş məşqçisi olacaq.
Rekord.az Almaniya klubunun rəsmi saytına istinadən xəbər verir ki, 38 yaşlı keçmiş yarımmüdafiəçi “Frayburq”la razılıq əldə edib.
Şuster futbolçu karyerasının böyük hissəsini “Frayburq”da keçirib. O, klubda 242 oyun keçirib, 21 qol vurub və 32 məhsuldar ötürmə edib.
“Frayburq” Almaniya çempionatının 26 turundan sonra 33 xalla 9-cu pillədə qərarlaşıb.