Almaniyanın “Bayer” klubu iki futbolçusu – Mussa Dyabi və Edmond Tapsoba ilə müqaviləni yeniləyib.

Rekord.az xəbər verir ki, bu barədə Leverkuzen təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Hücumçu Dyabinin sözləşməsinin müddəti 2025-ci, müdafiəçi Edmondunku isə 2026-cı ilin yayına qədər artırılıb.

Dyabi bu mövsüm Bundesliqada 12, Tapsoba isə 10 oyuna çıxıb.