Bundesliqa klubunda baş məşqçi ayrılığı
- 29 Yan 2020 19:20
- 788
Almaniyanın “Fortuna” klubu baş məşqçisi Fridhelm Funkellə yollarını ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə Düsseldorf təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Funkelin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
2016-cı ildən “Fortuna”nı çalışdıran Funkel, 2019-cu ilin dekabrında müddəti 2021-ci ilə qədər olan yeni sözləşmə imzalamışdı.
“Fortuna” hazırda Bundesliqada 15 xalla sonuncu sıradadı.