Almaniyanın “Hoffenhaym” klubu baş məşqçisi Alfred Şroyderlə yollarını ayırıb.

Rekord.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

48 yaşlı mütəxəssisin müqaviləsinə xitam verilib.

Şroyder 2019-cu ilin yayından “Hoffenhaym”ın baş məşqçisi idi. “Hoffenhaym” Bundesliqada 30 turdan sonra 7-ci sıradadı.