Almaniyanın “Ştutqart” klubu baş məşqçisi Pelleqrino Mataratso ilə müqavilənin müddətini uzadıb.

Rekord.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

43 yaşlı mütəxəssislə müddəti 2024-cü ilin yayında bitəcək yeni müqavilə imzalanıb.

Pelleqrinonun əvvəlki sözləşməsi 2022-ci ilin yayına qədər idi. İtaliya əsilli ABŞ-lı mütəxəssis 2019-cu ilin dekabrından “Ştutqart”a rəhbərlik edir.

“Ştutqart” Bundesliqada bu mövsüm 21 oyuna topladığı 26 xalla 10-cu pillədə qərarlaşıb.