"Auqsburq" baş məşqçisi Enriko Maasenlə yolları ayırıb.

Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komandanın hazırkı durumu ilə əlaqədar görüşmələr və dəyərləndirilmələrdən sonra mütəxəssisin dərhal istefaya göndərilməsinə qərar verildiyi bildirilib. 

Maasen 2022-ci ilin yayından "Auqsburq"un baş məşqçisi idi. Komanda bu mövsüm onun rəhbərliyi altında 7 matçdan topladığı 5 xalla Bundesliqanın turir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.