
Bundesliqa klubunda baş məşqçi istefası
- 30 Mar 2025 14:38
- 74
"Leypsiq" baş məşqçisi Marko Roze ilə yollarını ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mütəxəssislə yanaşı, onun məşqçilər heyəti - Aleksandr Zikler, Marko Kurt, Frank Heydek və Frenk Eqiq də istefaya göndərilib.
Bildirilib ki, müvvəqqəti baş məşqçinin adı yaxında açıqlanacaq.
48 yaşlı Roze 2022-ci ilin sentyabrından "Leypsiq"i çalışdırırdı. Onun rəhbərliyi altında komanda Almaniya kuboku və Superkubokunu qazanıb. Hazırda "Leypsiq" Bundesliqanın 27 turundan sonra 42 xalla 6-cı yerdədir.