Almaniyanın “Şalke” klubu iki ciddi itki ilə üzləşib.

Rekord.az xəbər verir ki, Bundesliqa təmsilçisinin müdafiəçisi Jan-Kler Todibo ilə yarımmüdafiəçi Amin Arit zədələnib.

Onlar Bundesliqanın 26-cı turu çərçivəsində Dortmund “Borussiya”sına 0:4 hesabıyla uduzduqları oyunda sıradan çıxıblar.

Todibo ilə Aritin qarşıdakı oyunlarda komandaya kömək edə bilməyəcəyi vurğulansa da, onların dəqiq sağalma müddəti barədə məlumat verilməyib.