Bundesliqa klubunda nigeriyalı hücumçu
- 03 Yan 2025 15:30
- 115
Almaniyanın "Hoffenhaym" klubu Lion “Olimpik”inin futbolçusu Gift Orbanı heyətinə cəlb edib.
Rekord.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Avropanın bir çox böyük klubunun da diqqətində olan 22 yaşlı nigeriyalı hücumçu ilə 2029-cü ilin iyununa qədər müqavilə imzalanıb.
Orban bu mövsüm Fransa klubunun heyətində 5 oyuna çıxıb və 2 qol vurub.