“Hoffenhaym” heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, Bundesliqa təmsilçisi elitanı tərk etmiş “Şalke”dən Marius Bülteri transfer edib.

30 yaşlı futbolçunun transferi “ağ-göylər”ə 3 milyon avroya başa gəlib. Tərəflər 3 illik müqaviləyə imza atıblar.
 
Bülter 2021-ci ildən formasını geyindiyi “Şalke”də 69 oyunda 23 qol vurub.