Bundesliqa klubunda yeni hücumçu
- 14 İyl 2023 15:00
- 260
“Ayntraxt” növbəti transferini rəsmiləşdirib.
Rekord.az xəbər verir ki, Bundesliqa təmsilçisi Almaniyanın digər klubu “Herta”nın hücumçusu Cessik Nqankamı heyətinə qatıb.
Frankfurtlular bu transfer üçün “Herta”ya 4 milyon avro ödəyiblər. 22 yaşlı alman forvardla 2 illik müqavilə imzalanıb.
“Herta”nın yetirməsi olan Nqankam bu yay Bundesliqanı tərk edən sözügedən klubun əsas komandasında 37 oyuna çıxıb, 6 qol vurub.