Almaniyanın "Volfsburq" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "ağ-yaşıllar" Belçikanın “Yunion” klubunun hücumçusu Məhəmmed Amura ilə razılığa gəlib.

24 yaşlı əlcəzairli futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Amura ötən mövsüm Belçika komandasının heyətində 45 oyunda meydana çıxıb və 22 qol vurub. O, Əlcəzair millisində 27 görüş ərzində rəqib qapılarından 6 qol keçirib.