Almaniyanın “Leypsiq” klubu futbolçusu Villi Orbanın müqaviləsini yeniləyib.
Rekord.az xəbər verir ki, 28 yaşlı müdafiəçi ilə müddəti 2025-ci ilin yayına qədər olan sözləşmə imzalanıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Orban 2015-ci ildən “Leypsiq”də çıxış edir.