Almaniyanın “Bayer” klubu futbolçusu Florian Virtsin müqaviləsini yeniləyib.

Rekord.az xəbər verir ki, bu barədə Leverkuzen təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

18 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin müddəti 2026-cı ilin yayına qədərdir.

Bu mövsüm Bundesliqada 26 oyunda 4 qol vurub, 6 məhsuldar ötürmə edən Virtsin “transfermarkt”da dəyəri 45 milyon avrodur.