Bundesliqa klubunda yeni müqavilə
- 02 Mar 2020 18:40
- 695
Almaniyanın “Leyptsiq” klubu futbolçusu Tayler Adamsın müqaviləsinin müddətini artırıb.
Rekord.az xəbər verir ki, Bundesliqa təmsilçisi 21 yaşlı müdafiəçi ilə müddəti 2025-ci ilin yayına qədər olan sözləşmə imzalayıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 2019-cu ilin yanvarında “Leyptsiq”ə keçən Adamsın əvvəlki müqaviləsi 2023-cü ilin yayına qədər idi.
ABŞ milli komandasının da üzvü olan müdafiəçi bu mövsüm “Leytpsiq”lə Bundesliqada 5 oyunda iştirak edib.