Bundesliqa klubunda yeni müqavilə
- 19 Okt 2023 22:47
- 312
“Leypsiq” yarımmüdafiəçisi Kevin Kamplla yeni müqavilə imzalayıb.
Rekord.az klubun saytına istinadən xəbər verir ki, 33 yaşlı futbolçu ilə müqavilənin müddəti 2025/2026 mövsümünün sonuna kimi uzadılıb.
Kampl 2017-ci ilin avqustunda “Bayer”dən “Leypsiq”ə transfer olunub. O, Almaniya təmsilçisinin heyətində indiyə kimi 220 oyuna çıxıb, 9 qol vurub, 22 məhsuldar ötürmə verib.