Almaniyanın “Bayer” klubu futbolçusu Çarles Aranqislə yeni müqavilə imzalayıb.

Rekord.az xəbər verir ki, bu barədə Leverkuzen təmsilçisinin rəsmi saytı məlumat yayıb.

31 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2023-cü ilin iyununa qədər uzadılıb.

Qeyd edək ki, çilili futbolçu 2015-ci ildə Braziliyanın “İnternasional” klubundan “Bayer”ə transfer olunub. O, bu mövsüm Bundesliqada 18 matçda 1 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub. Çili millisinin üzvü Bundesliqa təmsilçisində bütövlükdə 130 oyun keçirib, 12 qola imza atıb.