Bundesliqa klubunda yeni müqavilə
- 03 İyn 2020 20:00
- 665
Almaniyanın “Bayer” klubu braziliyalı futbolçusu Vendell ilə müqavilənin müddətini uzadıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı cinah müdafiəçisi ilə 2021-ci ilin yayında başa çatmalı olan müqavilənin müddəti daha bir il artırılıb. Beləcə, Vendell 2022-ci ilin 30 iyun tarixinə kimi “Bayer”in uğurları üçün çalışmağa davam edəcək.
Vendell 2014-cü ildən “Bayer”də forma geyinir. O, indiyə qədər Bundesliqada meydana çıxdığı 160 oyunda 7 qola imza atıb.