
Bundesliqa klubunda yeni müqavilə
- 18 Apr 2025 15:40
- 58
"Union Berlin" futbolçusu Kristofer Trimmellə müqavilə müddətini uzadıb.
Rekord.az Almaniya klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 38 yaşlı futbolçu ilə yeni müqavilənin müddəti 2025/2026 mövsümünün sonuna qədər nəzərdə tutulub.
Avstriyalı müdafiəçi 2014-cü ildən "Union Berlin"də çıxış edir.
Trimmel komandasının heyətində indiyə qədər 355 oyunda meydana çıxıb, 5 qol müəllifi olub. 2009-cu ildən Avstriya millisinin formasını geyinən müafiəçi yığmada oynadığı 22 matçda 1 dəfə fərqlənib.