Almaniyanın “Hoffenhaym” klubu müdafiəçisi Lukas Ribeyro ilə müqavilənin müddətini uzadıb.

Rekord.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Tərəflər arasındakı yeni müqavilə 2024-cü ilin 30 iyununa qədərdi.

“Hoffenhaym” Lukas Ribeyro ilə müqavilə yeniləsə də, onu icarəyə göndərib. Belə ki, 21 yaşlı braziliyalı futbolçu qarşıdakı mövsümü ölkəsinin “İnternasional” klubunda keçirəcək.

Braziliyanın gənclərdən ibarət yığmasının da üzvü olan Ribeyro, “Hoffenhaym”a 2019-cu ilin yanvarında ölkəsinin “Vitoriya” klubundan transfer olunub.