“Ayntraxt” argentinalı hücumçusu Lukas Alario ilə yollarını ayırıb.

Rekord.az xəbər verir ki, 31 yaşlı forvard Braziliyanın “İnternasyonal” klubuna keçib.

“İnternasyonal” bu transferə görə Almaniya klubuna 3 milyon avro ödəyib. Hücumçu yeni klubu ilə 2 illik müqavilə bağlayıb.

Alario “Ayntraxt”a 2022-ci ilin yayında “Bayer”indən gəlmişdi. O, Bundesliqa təmsilçisində heyətə düşməkdə çətinlik çəkirdi.