Almaniyanın “Ayntraxt” klubu baş məşqçisi Adolf Hütterlə müqavilənin müddətini uzadıb.

Rekord.az xəbər verir ki, bu barədə Frankfurt təmsilçisinin rəsmi saytı məlumat yayıb.

50 yaşlı avstriyalı mütəxəssis ən azı 2023-cü ilin yayına kimi Bundesliqa təmsilçisini çalışdırmağa davam edəcək. Əvvəlki müqavilənin müddəti 2021-ci ilin iyununa qədər idi.

Hütter 2018-ci ildən “Ayntraxt”ı çalışdırır. O, daha öncə “Yanq Boyz”, “Zalsburq”, “Qrödiq”, “Altax” klublarının da baş məşqçisi olub.