Bundesliqa klubundan baş məşqçi ilə yeni müqavilə
- 09 Dek 2020 11:20
- 562
Almaniyanın “Union Berlin” klubu baş məşqçisi Urs Fişerin müqaviləsinin müddətini artırıb.
Rekord.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə, isveçrəli mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Fişer 2018-ci ilin yayından “Union”u çalışdırır. Berlin klubu hazırda Bundesliqada 6-cı sıradadır.