“Ştutqart” klubu baş məşqçisi Sebastyan Hönesslə müqavilə müddətini uzadıb.

Rekord.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.

41 yaşlı mütəxəssisin yeni müqaviləsi 2026/27 mövsümünün sonuna qədər qüvvədə olacaq. Əvvəllər mətbuatda məşqçi ilə “Bayern” və “Bayer”in maraqlandığı bildirilirdi.

Höness 2023-cü ilin aprel ayından Almaniya komandasını çalışdırır.

“Ştutqart” bu mövsüm 24 turda 50 xal toplayaraq Almaniya çempionatının turnir cədvəlində üçüncü yeri tutur.