Bundesliqa klubundan baş məşqçisi ilə yeni müqavilə
- 19 İyn 2024 20:30
- 176
Almaniyanın "Leypsiq" klubu baş məşqçisi Marko Roze ilə müqavilənin müddətini artırıb.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, almaniyalı mütəxəssislə başa çatan sözləşmənin müddəti 2026-cı ilin yayına qədərdir.
Marko Roze 2022-ci ilin sentyabrından Bundesliqa klubunu çalışdırır. Komanda onun rəhbərliyi altında 2022/2023 mövsümündə Almaniya kubokunu və Almaniya Super Kubokunu qazanıb.