![photo](https://www.rekord.az/storage/uploads/5/emre-can-1.jpg)
Bundesliqa klubundan Emre ilə yeni müqavilə
- 22 İyl 2023 20:00
- 417
Almaniyalı yarımmüdafiəçi Emre Can Dortmund "Borussiya"sı ilə müqaviləsinin müddətini uzadıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərə görə, tərəflər arasında yeni müqavilə 2026-cı ilə qədər hesablanıb.
29 yaşlı türk əsilli futbolçu ötən mövsüm "Borussiya”nın heyətində bütün turnirlərdə 38 oyuna çıxıb və 3 qol vurub. O, 2020-ci ilin əvvəlindən "Borussiya"da çıxış edir.