Almaniyanın “Ayntraxt” klubunun bir futbolçusu koronavirusa yoluxub.

Rekord.az xəbər verir ki, bu barədə Frankfurt təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə, adı açıqlanmayan futbolçunun koronavirus testinin müsbət çıxdığı bildirilib.

Bununla əlaqədar “Ayntraxt”ın futbolçuları 14 günlük karantinə alınıb.