Bundesliqa klubunun yeni futbolçusu koronavirusa yoluxdu
- 15 Okt 2020 21:40
- 615
Almaniyanın “Herta” klubunun yeni futbolçusu Matteo Genduzi koronavirusa yoluxub.
Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Fransanın U-21 millisinin düşərgəsindən qayıdan futbolçunun koronavirus testi pozitiv nəticələnib. Xəstəliyin simptomlarını keçirməyən Genduzi karantinə alınıb.
21 yaşlı futbolçu bir neçə gün əvvəl icarə əsasında “Arsenal”dan “Herta”ya keçib.