Bundesliqa matçında 13 min “azarkeş” - FOTOLAR
- 24 May 2020 13:40
- 807
Futbol üzrə Almaniya Bundesliqasının 27-ci turu çərçivəsində Münhenqladbax “Borussiya”sı ilə "Bayer" arasında keçirilən oyunu 13 min süni azarkeş “izləyib”.
Rekord.az xəbər verir ki, "Borussiya Park" stadionunda kartondan 13 min tamaşaçı qurulub. Onların əsas hissəsi qapı arxasında yerləşdirilib.
Qeyd edək ki, Bundesliqada oyunlar koronavirus pandemiyası ilə əlaqədar azarkeşsiz keçirilir. “Borussiya” 13 minlik “dəstəyə” rəğmən "Bayer"ə 1:3 hesabıyla məğlub olub.