Almaniya Bundesliqasında avqust ayının ən yaxşı futbolçusu məlum olub.
Rekord.az turnirin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, Dortmund “Borussiya”sının hücumçusu Erlinq Halanddır.
Norveç millisinin də üzvü olan futbolçu ötən ay iştirak etdiyi 3 oyunda 3 qol vurub.