![photo](https://www.rekord.az/storage/uploads/4/haland-2.jpg)
Bundesliqada ayın ən yaxşı futbolçusu açıqlandı
- 13 May 2021 18:41
- 546
Futbol üzrə Almaniya Bundesliqasında aprel ayının ən yaxşı oyunçusu məlum olub.
Rekord.az xəbər verir ki, Dortmund “Borussiya”sının hücumçusu Erlinq Haland ötən ayın ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Haland Bundesliqada ötən ay iştirak etdiyi 5 oyunda 4 qol vurub, 1 məhsuldar ötürmə edib.