
Bundesliqada ilkə imza atdı
- 23 Fev 2025 15:00
- 58
"Bayer"in baş məşqçisi Xabi Alonso Bundesliqanın tarixinə düşüb.
Rekord.az xəbər verir ki, Leverkuzen klubunun çalışdırıcısı komandanın səfərdə məğlubiyyətsizlik seriyasını 28 matça çatdırıb (20 qələbə, 8 heç-heçə).
İndiyədək Almaniya Bundesliqadasında bu göstərici heç bir klubda olmayıb.
Ötən gün "Bayer" Almaniya çempionatının 23-cü turunda "Holşteyn"ə səfərdə 2:0 hesabı ilə qalib gəlib. Alonsonun komandası səfərdə sonuncu məğlubiyyətini 2023-cü il mayın 27-də “Bohum”la matçda (0:3) alıb.
"Bayer" hazırda Bundesliqada 50 xalla 2-ci pillədə qərarlaşıb. 55 xalla lider olan "Bavariya"nın ehtiyatda daha bir oyunu var.