Almaniya Bundesliqasında may ayının ən yaxşı gənc futbolçusu müəyyənləşib.

Rekord.az turnirin rəsmi saytına istinadən xəbər verir ki, “Bavariya”nın yarımmüdafiəçisi Alfonso Devis ən yaxşı gənc futbolçu seçilib.

O, bu ad uğrunda “Borussiya”nın (Münhenqladbax) futbolçusu Markus Türam və “Leyptsiq”in üzvü Kristofer Nkunkunu qabaqlayıb.

Devis Bundesliqanın bərpasından sonra iştirak etdiyi 4 oyunda 2 qolla yadda qalıb.