Almaniya Bundesliqasının 32-ci turunda “Bavariya”nın “Verder”ə 1:0 hesabıyla qalib gəldiyi oyunda futbolçusu Alfonso Devis yeni rekordla yadda qalıb.

Rekord.az xəbər verir ki, kanadalı futbolçu qarşılaşmada saatda 36,51 km sürətlə qaçıb. Bu, Bundesliqa üçün rekord göstərici olub.

Daha əvvəlki ən yüksək sürət saatda 36,41 km-lik nəticə göstərən “Borussiya”nın (Dortmund) futbolçusu Əşrəf Hakimiyə məxsus idi.