Bundesliqada yeni rekordçu
- 23 Fev 2020 13:30
- 850
Futbol üzrə Almaniya Bundesliqasının 23-cü turu çərçivəsində keçirilən “Verder” - “Borussiya” (Dortmund) oyunu qonaqların hücumçusu Erlinq Haland üçün əlamətdar olub.
Rekord.az xəbər verir ki, gənc hücumçu bu oyunda da fərqlənməklə, “Borussiya”da vurduğu qolların sayını 9-a çatdırıb.
İsveçli hücumçu bununla Bundesliqada yeni rekord müəyyənləşdirib. Belə ki, o, Almaniya çempionatında keçirdiyi ilk altı oyunda azı 9 qol vurmağı bacaran ilk futbolçuya çevrilib. Haland “Borussiya”ya qış fasiləsində qoşulub və yanvardan bəri yeni komandasında demək olar ki, meydana çıxdığı hər oyunda qol vurur.
Qeyd edək ki, “Verder” - “Borussiya” matçı qonaqların 2:0 hesablı qələbəsiylə yekunlaşıb.