Futbol üzrə Almaniya Bundesliqasının 29-cu turunda “Bayer” “Frayburq”a 1:0 hesabıyla qalib gəlib.

Rekord.az xəbər verir ki, oyunda yeganə qolun müəllifi Kay Haverts olub.

Bununla da, 20 yaşlı futbolçu Bundesliqada vurduğu qolların sayını 35-ə çatdırıb. Bu göstərici ilə Haverts rekordçu olub. Belə ki, alman futbolçu Bundesliqada 21 yaşdan aşağı oyunçular arasında ən çox qol vuran futbolçu ünvanına yiyələnib.

Haverts 35 qol həddinə 114 oyunda çatıb.