Bundesliqada yeni rekordçu
- 07 İyn 2020 14:20
- 797
“Bayer” Almaniya Bundesliqasının 30-cu turu çərçivəsində doğma meydanda lider “Bavariya”ya 2:4 hesabıyla uduzub.
Rekord.az xəbər verir ki, bu qarşılaşma Leverkuzen təmsilçisinin yarımmüdafiəçisi Florian Virts üçün əlamətdar olub.
Belə ki, o, “Bavariya”nın qapısına yol tapmaqla Bundesliqa tarixinin ən gənc qol müəllifi ünvanını ələ keçirib. Qarşılaşmanın 46-cı dəqiqəsində meydana çıxan almaniyalı futbolçu 89-cu dəqiqədə “Bavariya”ya qol vurub. Bu qolu vurarkən o, 17 yaş 1 ay 3 günlüyündə olub.
Bundesliqada əvvəlki rekord Nuri Şahinə məxsus idi. O, bu rekorda 2005-ci ilin 25 noyabrında Dortmund “Borussiya”sının heyətində imza atmışdı.