![photo](https://www.rekord.az/storage/uploads/5/bakker-1.jpeg)
Bundesliqadan A Seriyasına 10 milyonluq transfer
- 08 İyl 2023 12:30
- 291
İtaliyanın “Atalanta” klubu növbəti transferini rəsmiləşdirib.
Rekord.az xəbər verir ki, A Seriyası təmsilçisi Almaniyanın “Bayer” klubunun sol cinah müdafiəçisi Mitçel Bakkeri heyətinə qatıb.
23 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. “Atalanta” bu transfer üçün “Bayer”ə 10 milyon avro ödəyib.
“Ayaks”ın yetirməsi olan Bakker PSJ-də də forma geyinib. O, Bundesliqa təmsilçisində 70 oyuna 5 qol vurub.