İngiltərənin "Brayton" klubu Almaniya təmsilçisi "Maynts"dan Brayan Qrudanı transfer edib.

Rekord.az Premyer Liqa klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Almaniyanın U-21 millisinin üzvü ilə 4 illik müqavilə imzalanıb.

"Brayton" klubu futbolçu üçün 25 milyon funt-sterlinq ödəyib.

20 yaşlı hücumçu ötən mövsüm "Maynts"ın heyətində 28 oyuna çıxıb, 4 qol vurub. O, Almaniyanın U-21 yığmasında 7 matçda 1 qolla yadda qalıb.