![photo](https://www.rekord.az/storage/uploads/5/f-164.jpg)
Bundesliqadan Premyer Liqaya 55 milyon avroluq transfer
- 24 İyl 2023 16:45
- 241
"Aston Villa” növbəti transferini rəsmiləşdirib.
Rekord.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Almaniyanın “Bayer” klubunun fransalı hücumçusu Mussa Diabini heyətinə qatıb.
24 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb. Transfer birmingemlilərə 55 milyon avroya başa gəlib.
Diabi ötən mövsüm “Bayer”in heyətində 48 oyuna çıxıb, 14 qol vurub. Diabi həmçinin Fransa yığmasının heyətində 9 oyun keçirib.
“Bayer” Diabinin əvəzində Belçikanın “Yuion” klubunun hücumçusu Viktor Bonifaseni transfer edib. Nigeriyadan olan 22 yaşlı forvardla 5 illik müqavilə imzalanıb. Bundesliqa təmsilçisi onun transferi üçün 20.5 milyon avro ödəyəcək.