"Ayaks" sabah UEFA Avropa Liqasının liqa mərhələsinin 3-cü turunda "Qarabağ"la qarşılaşacaq.

Rekord.az xəbər verir ki, Niderland klubunun müdafiəçisi Daniele Ruqani oyundan bir gün qabaq keçirilən mətbuat konfransında iştirak edib. İtaliyalı futbolçu "Qarabağ"ın Avropada böyük təcrübəsi olan komanda olduğunu bildirib:

"Təbii ki, videolara baxmışıq. Təhlillər aparmışıq. Bilirik ki, sabah çox güclü, təhlükəli rəqiblə qarşılaşacağıq. "Qarabağ" Avropada böyük təcrübəsi olan komandadır. Sabah necə təhlükəli rəqiblə qarşılaşacağımızın fərqindəyik.

Artıq ailəmlə birlikdə Amsterdamda yaşayıram. Uyğunlaşmağa çalışıram. Hər şey qaydasındadır. Əlimdən gələni edirəm ki, komandama faydalı olum.

Biz bura qələbə üçün gəlmişik. Bilirik ki çox çətin oyun olacaq. Bəli, çox şadam ki, start heyətinə deşmək şansı qazana bilərəm. Əgər belə olsa, baş məşqçimiz şans versə, əlimdən gələni edəcəm.

Komanda yoldaşlarımdan çox məmnunam. Çox yaxşı texnikaları olan oyunçularımız var. İnanıram ki, mən onlarla birgə yaxşı nəticələr qazanacağıq. Güclü tərəflərimizə fokuslanıb inkişaf etməliyik".

"Qarabağ" - "Ayaks" matçı sabah saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.