Burak "Lill"də qalacaq
- 20 Avq 2021 12:22
- 572
Türkiyə millisinin lideri Burak Yılmaz klubu "Lill"dən ayrılmayacaq.
Rekord.az xəbər verir ki, bu barədə Fransa təmsilçisinin baş məşqçisi Joselayn Qurvennes danışıb.
Burak Yılmazın "Lill"ə müqaviləsi növbəti ilin yayına qədərdir. O, 36 yaşlı hücumçunu komandada saxlamaq istədiklərini bildirib:
"Burakın komandadan ayrılacağını düşünmürəm. Onunla davamlı ünsiyyət qururam. Burak bu komandanın bir parçası olduğu üçün xoşbəxtdir.
O, daha da yüksəlməyimiz üçün çalışır. Burakla dünən axşam vəziyyəti və planlarımızı dəyərləndirdik. O, layihəmizi bəyəndiyini bildirdi. Burak bizimlə qalacaq".