Fransa çempionu “Lill” Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda “Zalsburq”a (Avstriya) məğlub olub – 1:2.

Rekord.az xəbər verir ki, sözügedən oyunda Fransa təmsilçisinin yeganə qolunu vuran Burak Yılmaz rekorda imza atıb.

62-ci dəqiqədə fərqlənən 36 yaşlı hücumçu, Çempionlar Liqasında qol vurmağı bacaran ən yaşlı türk futbolçu olub. Bundan başqa, Burak ÇL-də 7 ildən sonra qol sevinci yaşayıb.