Burak Yılmaz Çin xalqından üzr istədi
- 28 Apr 2020 22:01
- 734
Çinin yemək mədəniyyətini tənqid edən “Beşiktaş”ın futbolçusu Burak Yılmaz bu ölkənin insanlarından üzr istəyib.
Rekord.az xəbər verir ki, Türkiyə millisinin üzvü Çin mətbuatında haqqında tirajlanan çoxsaylı yazılardan sonra sosial şəbəkə hesabında üzrxahlıq etmək məcburiyyətində qalıb:
“İki ilə yaxın oynadığım Çində çox yaxşı qarşılandım. Yedikləri yeməklərin mədəniyyətlərindən gələn vərdiş olduğunu, bunun onlar üçün normal qəbul olunduğunu demişəm. Bu səbəbdən, digər ölkələrə nisbətən xəstəliyin yaranma ehtimalını dilə gətirdim. İstəmədən də olsa, qəlblərinə toxunduğum üçün Çin xalqından, dostlarımdan üzr istəyirəm".
2016/17 mövsümündə Çinin "Beytszin Qoan" klubunda çıxış edən Burak bir neçə gün əvvəl koronavirusun bu ölkədən çıxması ilə bağlı tənqidi fikirlər səsləndirmişdi:
“Çox qəribə şeylər yeyilir. Mən bir gün çox maraqlı gəldiyinə görə onların bazarına getdim. Orada gördüklərimdən sonra şoka düşmüşdüm. Oradan elə xəstəliklərin çıxması çox normaldı. Bu ölkədə yaşamış bir insan olaraq oradan daha çox xəstəliklərin gələcəyini düşünürəm”.