“Bursaspor”un baş məşqçisi Namiqə şans verməsinin səbəbini
- 03 Noy 2021 10:18
- 450
Ötən gün Türkiyədə azərbaycanlı futbolçuların qarşılaşması baş tutdu.
Rekord.az xəbər verir ki, Birinci Liqanın 11-ci turu çərçivəsində keçirilən qarşılaşmada Namiq Ələsgərovlu “Bursaspor” Vüsal İsgəndərlinin formasını geyindiyi “Ankara Keçiörengücü”nu qəbul etdi.
Olduqca gərgin alınan matçda Namiqin komandası rəqibi üzərində 2:0 hesablı qələbəyə sevindi.
Təəssüf ki, “7 nömrə” nə qol vurdu, nə məhsuldar ötürmə verdi. 73 dəqiqədə isə, komanda yoldaşı Elton-Ofoi Akolaste ilə əvəzləndi.
Vacib qələbədən sonra “timsahlar”ın baş məşqçisi Özcan Bizati mətbuat konfransında oyunla bağlı sualları cavablandırıb.
Onun “əsas heyətdə yer alan futbolçuları nəyə əsasən müəyyənləşdirirsiz" sualına mövqeyi bu cür olub:
“Mənim üçün komandanın içindəki ab-hava çox önəmlidir. “11-lik”də yer alan futbolçu o an üçün məşqdə ən yaxşısını edən oyunçudur.
Belə olduğu halda, ehtiyatda qalan futbolçu onu keçəcək, keçmək istəyəcək. Hər şey həftəiçi keçirilən məşqlərdə bəlli olur.
Mən heç bir oyunçuya forma vermirəm, bunu özləri məndən alır. Mübarizə etmədiyin yerdə çörək olmaz! Qazanmadan xərcləmək olmaz!
”Bursasporun məşqlərinə qatılan futbolçunun özgüvəni zəif ola bilməz! Çünki məşqçilər heyəti olaraq onlara hər cür dəstək veririk”.
Namiq Ələsgərov “Bursaspor”un əsas heyət üzvü sayılır ki, cari mövsümdə komandasının çempionatda keçirdiyi 10 oyunun 7-də (6-sı əsas heyətdə) meydanda olmaqla 1 qola imza atıb.