Qadın voleybolçuların Yüksək Liqasında bürünc medal uğrunda oyunlara start verilib. "Rekord.az" xəbər verir ki,  bu gün GİN-in Voleybol Mərkəzində üçüncü yer uğrunda “Gəncə” və “Milli Aviasiya Akademiyası” komandaları ilk oyunlarına çıxıblar. 

4 set davam edən oyun “Milli Aviasiya Akademiyası”nın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandalar arasında növbəti qarşılaşma sabah keçiriləcək. Reqlamentə görə qalib iki oyunun nəticəsinə əsasən müəyyən olunacaq. İki qarşılaşmadan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), Qızıl set oynanılacaq.

Üçüncü yer uğrunda

Birinci oyun 

19 aprel 

   “Gəncə” - “Milli Aviasiya Akademiyası” 1:3 (18:25, 25:23, 18:25, 17:25)