"Bütün ölkələr Türkiyədən çəkinir"
- 25 May 2021 14:21
- 609
"Milan"ın və Türkiyə millisinin futbolçusu Hakan Çalhanoğlu Avro 2020-də İtaliya ilə keçirəcəkləri matç haqqında danışıb.
Rekord.az "NTV Spor"a istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi deyib:
"Hər bir ölkəyə hörmətimiz sonsuzdur. Amma sadəcə İtaliya yox, bütün ölkələrin komandaları bizdən çəkinirlər. Türkiyə millisinin yaxşı bir komanda olduğunu bilirlər. Avropa Çempionatında növbəti mərhələyə adlamaq istəyirik. İlk hədəfimiz budur. Ümid edirəm ki, millətimizi və dövlətimizi ən yaxşı şəkildə təmsil edərik. DUalarınızı əsirgəməyin".
Qeyd edək ki, Türkiyə millisinin İtaliya yığması ilə matçı iyunun 11-i Romada keçiriləcək.