"Komo” “Breşiya”nın futbolçusu Mario Balotelliylə maraqlanır.

Rekord.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Xəbərdə C Seriyası təmsilçisinin 29 yaşlı hücumçunun bütün istəklərini qarşılamağa hazır olduğu bildirilir.

“Komo” hazırda Balotelliylə ciddi şəkildə maraqlanan yeganə klubdur. C Seriyası təmsilçisinin nümayəndələri hücumçunun agenti Mino Rayola ilə də görüşüblər.

“Breşiya” klubu Balotelli ilə müqaviləni ləğv etmək istəsə də, hücumçu bununla razılaşmayıb. Forvardın A Seriyası klubuyla sözləşməsi 2022-ci ilin yayına qədərdir.