![photo](https://www.rekord.az/storage/uploads/5/2b153147-08d0-3bd9-9f9f-bb541c0ad73e-850.jpg)
Çad millisinin futbolçusu “Sumqayıt”da
- 01 Sen 2023 23:50
- 403
2023/2024 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.
Rekord.az xəbər verir ki, sözügedən komanda son klubu Kipr “Anortosis”i olan Çad millisinin üzvü Kasmir Ninqa ilə 1 illik müqavilə imzalayıb.
30 yaşlı cinah hücumçusu 11 nömrəli formada çıxış edəcək.
Kasmir Ninqa karyerası ərzində “Monpelye”, “Kann”, “Anje” (hamısı Fransa), “Sivasspor” (Türkiyə) və “Anortosis” (Kipr) klublarında çıxış edib. Çad millisində 18 oyun keçirən Ninqa 5 dəfə rəqib qapılarına yol tapıb.