Cahangir Həsənzadədən Elxan Məmmədova şikayət olundu
- 03 Fev 2021 17:00
- 865
«A» kateqoriyalı bir qrup məşqçi AFFA rəhbərliyinə müraciət edib.
Rekord.az xəbər verir ki, onların məqsədi icraçı vitse-prezident və baş katib Elxan Məmmədovla görüşməkdir.
Şikayət obyekti isə federasiyanın Texniki Direktoru Cahangir Həsənzadədir.
Problem apreldə başlaması planlaşdırılan «Pro» kateqoriyalı kurslardan qaynqlanır. Burada iştirak etmək istəyən məşqçilər Həsənzadənin ayrı-seçkilik hallarına yol verməsindən narazıdır.
Şikayətçilər Texniki Direktorun özünə yaxın olan şəxsləri irəli çəkdiyini, «Pro»nun tələblərinə məhəl qoymaadığını iddia edir. E.Məmmədovla görüşə təşəbbüs də onunla bağlı ölçü götürülməsinə nail olmaqdan ibarətdir.
«Pro» kurslarına qatılmağın haqqı 5000 manatdır. Amma bu pulu tapmaq və AFFA-ya ödəyə bilmək hələ o demək deyil ki, kurslara qatılmaq mümkündür.
Federasiya əksər namizədlərdən hazırda iş başında olmalarını tələb edir. Yəni, onlar ya Premyer Liqa, ya da I Divizion komandalarından birində fəaliyyət göstərməlidir.
Sadəcə, elə iddialılar var ki, bu imkan məhrumdur. Həsənzadədənin şikayətin kökündə də bu dayanır - o, dost-tanışınınbu meyarlara uyğun gəlməməsinə göz yumur, digərlərinə isə… (sportinfo.az)